Azərbaycan Müdafiə Nazirliyinin NATO-nun Beynəlxalq Dil Koordinasiya Bürosu ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində beynəlxalq seminar başlayıb.
Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, seminarda çıxış edərək iştirakçıları salamlayan Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev hərbi təhsil sahəsində görülən işlərin vacibliyini, o cümlədən, keçirilən görüş, seminar və kurslarda xarici və yerli mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib.
27 ölkədən 50-dən çox nümayəndənin iştirakı ilə keçirilən seminarın məqsədi NATO və tərəfdaş ölkələrin dil mərkəzi mütəxəssislərinin qiymətləndirmə meyarlarının qarşılıqlı standartlaşdırılması (STANAG 6001) və hərbi təhsil sahəsində ingilis dilinin tədrisində innovasiyaların tətbiq edilməsi ilə bağlı fikir mübadiləsinin aparılmasıdır.
Seminar oktyabrın 19-na qədər davam edəcək.