Oktyabrın 23-də Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır.
Bu barədə “İki sahil”ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.
Təlimlər Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub.
Birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Azərbaycana gəlib.
Təlimlər oktyabrın 25-də başa çatacaq.