25 aprel 2016 22:53
368

İradə İbrahimova: "Cem Yılmaz mənə şok yaşatdı"

“Ailəmiz daha da möhkəmlənib, çoxalıb. Ardıq oğul, əsgər anasıyam. Bu sözü mənə Lalə Məmmədova yazmışdı, çox bəyənmişdim”.

Bu sözləri müğənni İradə İbrahimova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. İfaçı oğlu Əli dünyaya gələrkən çəkilən və mediada yayılan videosundan danışıb. 

İ.İbrahimova onu qınayanlara sərt cavab verib:

“Dedilər ki, İradə özünə piar edir. Qətiyyən elə fikrim yox idi. Bu görüntüləri oğlum dünyaya gələndən 3 ay sonra yaydılar. Bilsəydim ki, bu qədər səs gətirəcək, çoxdan elə video yayardım. Oturmuşdum evimdə, qəşəng reklamım getdi. Niyə insanlar o videoya baxıb övladına örnək göstərmir ki, “Müğənnidir, amma ailəsi var”. 

İ.İbrahimova türkiyəli yumor ustası Cem Yılmazın filmində onun “Neyləyək alınmadı” mahnısının ona şöhrət gətirdiyini etiraf edib:

“70 milyonluq Türkiyənin bir Cem Yılmazı var. Onun öz filmində mənim mahnımı oxuması, görün nə böyük işdir. Cem Yılmaz restoranın qarşısında maşından düşdü mənimlə şəkil çəkdirdi. Şok yaşadım. Cem “A İradə, sənmisən” dedi. Özümə dedim, “İradə, sən nə imişsən?”. Oturduğum yerdə Türkiyədə məşhur oldum”.

Axşam.az