Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı şəhid olan Süleymanov Elşad Məmməd oğlu Goranboy rayonunun Balakürd kənd qəbiristanlığında dəfn edilib.
“İki sahil”in məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Elşad Süleymanov sentyabrın 19-da antiterror tədbirləri zamanı Ağdam istiqamətində şahid olub.