29 sentyabr 2023 10:48
315

Xanlan Vəliyev: Hərbi xidmət əleyhinə olan cinayətlər 31,9 % azalıb

"2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalıb".

“İki sahil” xəbər verir ki, bunu Respublika Hərbi prokuroru Xanlan Vəliyev deyib.

Onun sözlərinə görə, qəsdən adam öldürmə cinayətləri 33,3%; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%; Hərbi xidmətdən yayınma cinayətləri 42,7 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7 % azalıb.