Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərində şəhid olan daha 6 hərbçinin şəxsiyyəti müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyinin bununla bağlı siyahısında 186 nəfərin adı qeyd olunub.
Xatırladaq ki, bundan əvvəlki siyahıda 180 hərbçinin adı qeyd edilmişdi. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.
Şəhid olanlardan 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.