22 aprel 2016 22:33
320

BDU tələbələri “Ermənilər haqqında həqiqətləri” belə çatdırdı

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Ermənilər haqqında həqiqətlər” adlı videoçarx hazırlanıb. 

Azadinform-un məlumatına görə, tələbələrin iştirakı ilə çəkilən videoçarxda dünyaca məşhur şəxslərin ermənilər haqqında söylədikləri fikirlər yer alıb.

Videoda Hitler, Şirazi, Marks, hətta erməni şairi Yeqişe Çarensin aforizmlərini eşitmək mümkündür.

Layihənin əsas məqsədi ermənilərin soyqırım, ərazi və digər yalançı iddialarının əslində nədən qaynaqlandığını dünyaya göstərməkdir.

Qeyd edək ki, layihənin rəhbəri Nəcməddin Sofıyev, prodüsseri Rəşid Mustafazadə, ideya müəllifi Səbuhi Kamal, rejissor və operatoru Yusif Cəlil, montajçı Müşfiq Məmmədov, mətn redaktoru isə Dilarə Pirkişiyevadır.

Həmin videoçarxı təqdim edirik: