Mərkəzdə ən çox magistral damarlarda endovaskulyar (mini-invaziv) və açıq rekonstruktiv-bərpa edici cərrahi əməliyyatlar aparilir. Bu əməliyyatlarin səbəbləri əsasən magistral arterial damarlarin ateroskleroz xəstəli ilə və trombozla bağlı olur. Bu kimi xəstəliklər arteriya damarlarini steno-okklyuziya edir və orqanlara qan təcizatını kəskin aşağı salır.
Bunu Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) baş həkimi Nazim Hacıyev “İki sahil”ə verdiyi özəl müsahibədə mərkəzdə ən
çox icra olunan cərrahi əməliyyatlar barədə məlumat verərkən qeyd edib.
Baş həkim vurğulayıb ki, nəticədə insult, infarkt, böyrək çatışmazlığı, qanqrena və s. fəsadlar yaradır. Həmçinin, qida borusu, mədə və bağırsaq, hepatobiliar və mədəaltı vəz patologiyaları səbəbilə mürəkkəb, rekonstruktiv əməliyyatlar yerinə yetirilir.
Yaqut Ağaşahqızı, “ İki sahil”