Müdafiə Nazirliyi məlumat yayıb.
Bu barədə "İki sahil"ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda bildirilir: Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.
Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.