20 sentyabr 2023 13:36
322

MN: Separatçıların təslim olması ilə bağlı qoşunlara müvafiq tapşırıq verilib

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi tərəfindən lokal xarakterli antiterror tədbirlərinin dayandırılması ilə bağlı qoşunlara tapşırıqlar verilib.

“İki sahil” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə deyib.

O bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib: "Hazırda Silahlı Qüvvəllər tərəfindən verilmiş tapşırıqlar icra olunur".