Lokal antiterror tədbirlərinin davam etdiyi zaman sosial şəbəkələrdə Silahlı Qüvvələrimizə yardımla bağlı çağırış olub.
“İki sahil” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov mətbuat üçün təşkil olunmuş brifinqdə deyib.
Anar Eyvazov qeyd edib ki, Müdafiə Nazirliyi rəsmi olaraq, bu cür çağırışlara reaksiya verməməyə çağırır. Ordumuzun maddi-texniki bazasının, ərzaq və digər təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilib.