Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.
“İki sahil” xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.
A.Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd “Ural” markalı hərbi avtomobil və dörd ədəd minaatan silahlı qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.