Azərbaycan ordusunun təcili yardım maşınına atəş açması barədə məlumatlar yalandır
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.