19 sentyabr 2023 20:50
240

Ermənistan silahlı qüvvələrinin birləşmələri hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir

Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası ve atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

"Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda mehz herbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb", - O qeyd edib.

A.Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış menteqelerinde ve yaxud onların etrafında yerleşdirmesine baxmayaraq yüksek deqiqlikle heyata keçirilen ateş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası ve hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır ve zərərsizləşdirilir.