Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib.
“İki sahil” xəbər verir ki, brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib.
O, düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verib.