19 sentyabr 2023 08:08
227

Ordumuzun Ağdam istiqamətində mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb

Sentyabrın 18-də saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.