17 sentyabr 2023 09:04
382

Erməni silahlıları Kəlbəcər və Ağdam istiqamətinədəki mövqelərimizə yaxınlaşmaq məqsədilə səngər yolları qazmağa cəhd göstəriblər

Bu gün saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliy məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.