Payız sessiyasında “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi üzərində iş davam etdiriləcək.
“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası çərçivəsində ilk iclasında komitə sədri Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov bildirib ki, komitə payız sessiyasında əsasən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunacaq qanun layihələrinə baxacaq.