Baş prokurorun müavini - Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı general-polkovnik Kərəm Mustafayev, eləcə də Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Naxçıvanda yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.
“İki sahil” xəbər verir ki, Hərbi prokuror Xanlar Vəliyev əvvəlcə, 2023-cü ilin Heydər Əliyev ili olduğunu vurğulayaraq, Ulu Öndərin dünya tarixindəki rolundan, eləcə də milləti və Vətəni qarşısındakı müstəsna xidmətlərindən bəhs edib.
O həmçinin bildirib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində müasir tələblərə cavab verməklə, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.
General-polkovnik Kərəm Mustafayev və digərləri çıxış edərək bənzər məzmunda danışıblar.
Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar olunub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.