01 sentyabr 2023 14:09
291

MN: Azərbaycan Ordusu mülki əhalini yox, Ermənistanın yalnız legitim hərbi hədəflərini atəşə tutur

Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur.