Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndində dəfn olunub.
“İki sahil” xəbər verir ki, dəfindən əvvəl şəhidlə vida mərasimi keçirilib.
B.Mikayılovun vaxtilə yaşadığı evdə təşkil olunan mərasimdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.