09 avqust 2023 16:41
407

Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunur VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bütün imkanlar yaradılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Yüksək döyüş hazırlığı, nizam-intizam və sağlam mənəvi-psixoloji mühitin yaradılması bölmələrin qarşısında qoyulan ilkin tələblərdən biridir.

Hərbi hissələrdə mövcud sosial-məişət şəraiti şəxsi heyətin nəzəri-praktiki biliklərinin artırılması, döyüş növbətçiliyinin tələblərə uyğun aparılması və mədəni-asudə vaxtının səmərəli təşkili üçün zəmin yaradır.

Azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə qoşun xidmətinin təşkili günün nizam qaydalarına uyğun olaraq davam etdirilir. Hərbi qulluqçularla nəzəri və praktiki məşğələlər keçirilir, bununla yanaşı döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, mövqelərdə ayıq-sayıqlığın yüksək səviyyədə olmasının vacibliyi xüsusi qeyd edilir.

Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığını onun yüksək mənəvi-psixoloji hazırlığı tamamlayır. Bu baxımdan hərbi qulluqçularla mütəmadi olaraq ictimai-siyasi hazırlıq üzrə məşğələlər keçirilir, ölkəmizdə və dünyada baş verən hadisələr haqqında məlumat verilir, onların dünyagörüşünün formalaşdırılmasına diqqət yetirilir.