Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanda səfərdədir.
Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, səfərin məqsədi Azərbaycanda Özbəkistanın Mədəniyyət Günlərinə iştirak etməkdir.
Bildirilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə O.Nazarbekov arasında görüş keçirilib.
Görüşdə iki ölkənin ortaq tarixə, mədəni köklərə, oxşar adət-ənənələrə malik olduğu qeyd edilib, mədəni münasibətlərin günü-gündən daha da dərinləşməsindən, bu istiqamətdə aparılan işlərdən söz açılıb.
Qeyd olunub ki, daim dostluq və qardaşlıq şəraitində yaşayan Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin, xüsusilə də mədəni əlaqələrin uğurla inkişaf etməsində dövlət başçılarımızın mehriban münasibəti xüsusi rol oynayır və bu münasibətlər nəticəsində mədəni əlaqələr daha geniş müstəvilərə daşınır.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub