01 avqust 2023 16:22
499

Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir - VİDEO

Azərbaycan Ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığı məqsədilə onlarla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.

“İki sahil” xəbər verir ki,  məşğələlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənovun xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə tələblərinə xüsusi diqqət yetirilir.

Keçirilən məşğələlərdə gənc əsgərlərə nizamnamələrin və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri aşılanır.

Məşğələ rəhbərləri tərəfindən, həmçinin gənc əsgərlərə silahlanmada olan silah və texnikanın düzgün istismar qaydaları izah edilir.
Qeyd edək ki, məşğələlər gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq həyata keçirilir. Tədbirlər çərçivəsində, eyni zamanda onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlıqlarının qorunması məqsədilə söhbətlər aparılır, lazımi tövsiyələr verilir.