28 iyul 2023 13:07
401

İşğaldan azad olunan ərazilərdə elə yerlər var ki, bir kvadrat metrdən 6 mina çıxır- Təşkilat sədri

"Ermənistanın işğalından azad olunan ərazilərdə elə yerlər var ki, bir kvadrat metrdən 6 mina çıxır".

“İki sahil” xəbər verir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov mina qurbanlarının iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir ailədə minanın qurbanı olmuş şəxs varsa, bu, təkcə onların deyil, bir icmanın problemidir, məsuliyyətidir: "Bizi ən çox narahat edən məsələ isə, mina qurbanlarının sayının artmasıdır".

H.Səfixanov söyləyib ki, dövlət minadan zərərçəkmiş şəxslərə hər zaman diqqət və qayğı göstərir: "Biz də əlimizdən gələni edirik".