Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Sumqayıtda vətəndaşları qəbul edəcək.
Bu barədə “İki sahil”ə qurumdan məlumat verilib.
Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 16-da saat 10:00-da M.İbrahimov Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan rayon və şəhərlərindən olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 11 avqust 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon və şəhər baş idarə, şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.