20 aprel 2018 14:04
993

Məni dəfələrlə Ermənistana dəvət ediblər, razılıq verməmişəm

"Məni dəfələrlə Ermənistana səfər etməyə dəvət ediblər, amma heç zaman razılıq verməmişəm"

AzVision.az xəbər verir ki, bunu məşhur Hollivud ulduzu Stiven Siqal özünün sosial şəbəkədəki hesabında yazıb.

Amerikalı aktyor guya Ermənistana səfər edəcəyi barədə məlumatları yalanlayıb və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib: "Mən heç vaxt Qarabağa səfər etməyə razılıq verməmişəm".