15 iyul 2023 16:53
654

Ulu Öndərin 100 illik yubileyi münasibətilə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində ödənişsiz rəqs dərsləri keçirilib - FOTO

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 5-15 yaş arası uşaqlar üçün rəqslə bağlı ödənişsiz ustad dərsləri təşkil olunub.

“İki sahil” xəbər verir ki,  mərkəzin direktoru Leyla Əsədullayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi tərəfindən bu cür layihələrin mütəmadi olaraq təşkil olunacağını bildirib. O, Azərbaycan uşaqlarının bilik və bacarıqlarının inkişafının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi zamanı həmişə diqqətində olduğunu bildirərək, bu gün bu missiyanın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Layihənin təlimçisi "ER"rəqs qrupunun rəhbəri, rəqslə bağlı 19 illik müəllimlik təcrübəsi olan Elsevər Ağayev çıxışı zamanı rəqs sənətinin incəliklərindən bəhs edib və bu sahədə uzun illər qazandığı təcrübələri bölüşüb. O, uşaqların musiqi duyumunun və plastikasının inkişafında rəqsin əhəmiyyətindən söhbət açaraq iştirakçılara uğurlar arzu edib .

Ustad dərsləri Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin rəqs zalında yerli və xarici rəqslərin ifası ilə davam etdirilib.İştirak edən uşaqların rəqs duyumu yoxlanılaraq onlara plastika hərəkətləri, milli və xarici rəqs parçalarının ifadəli şəkildə ifası öyrədilib.

"Ustad dərslərində" Qızıldaş,Korgöz və Puta qəsəbələrindən olmaqla ümumilikdə 40-a yaxın uşaq iştirak edib. Dərsləri müşahidə etmək imkanı qazanan valideynlər ödənişsiz "Ustad Dərsləri"-nin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə təşəkkür ediblər.