“Hesab edirəm ki, yaxşı olacaqdır. Bu gün də rəhbər vəzifələrə təyinatlar olacaq”
Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə açıqlamasında deyib. Onunu sözlərinə görə, prezidentin məqsədi ondan ibarətdir ki, nazir vəzifələrinə, ümumiyyətlə isə rəhbər vəzifələrə gənc və bacarıqlı, güclü mütəxəssislər, xarici dilləri bilənlər və müasir tipli kadrlar təyin olunmalıdır: “Bunları da cənab prezident həyata keçirir. Bu günlərdə də təyinatlar olacaq. O, təyinatlara baxıb görəcəksiniz ki, həqiqətən də cənab prezident gənc kadrları irəli sürür və onlara böyük etimad göstərir”.