Qarşıdakı həftələrdə Şuşa və Naxçıvan şəhərlərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti resident əlaqələndiricisi İqor Qarafuliç BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, tədbirlər çərçivəsində aprelin 29–30-da Şuşada, mayın 7–8-də isə Naxçıvanda yerli icra orqanları ilə məsləhətləşmələr və seminarlar təşkil olunacaq.
“Görüşlərin əsas məqsədi yerli qurumların Dayanıqlı İnkişaf Məqsədlərinə yanaşmalarını öyrənmək və bu istiqamətdə əməkdaşlığı gücləndirməkdir. Bununla yanaşı, universitetlərdə maarifləndirmə tədbirləri keçiriləcək, yerli icmalarla dialoqlar təşkil olunacaq. Bu təşəbbüslər Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyətinin geniş ictimaiyyətə çatdırılması və onların tətbiqinə dəstək baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə İqor Qarafuliç vurğulayıb.
Qeyd edilib ki, bu fəaliyyətlər fevral ayında keçirilmiş görüşdə razılaşdırılmış birgə iş planına uyğun olaraq həyata keçirilir: “Həmin görüşdə tərəflər qarşıdakı dövr üçün konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirərək əməkdaşlığın daha səmərəli və nəticəyönümlü qurulması barədə razılığa gəliblər. Artıq planların icrasına başlanılması və konkret addımların atılması tərəflər arasında əməkdaşlığın uğurla inkişaf etdiyini göstərir”.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir