Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.
Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.
Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq.
Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq