Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Karen Saruxanyan avtomobil qəzasına uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Saruxanyan “Facebook”da yazıb.
Saruxanyan bildirib ki, qəza zamanı özü sükan arxasında olub.
Xəsarət almadığını və sərxoşluq müayinəsindən keçdiyini qeyd edən deputat əlavə edib ki, hazırda hadisənin başvermə səbəbləri araşdırılır.