Naxçıvan məhsullarının ixracını və investorların muxtar respublikaya marağını artırmaq məqsədilə Naxçıvan-İqdır birgə komissiyası yaradılacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı muxtar respublikada işgüzar səfərdə olan Türkiyənin İqdır Sənaye və Ticarət Palatasının nümayəndə heyəti ilə keçirilən görüşdə razılıq əldə edilib.
Qardaş ölkənin nümayəndə heyəti muxtar respublikada fəaliyyət göstərən bir neçə fabrikdə olub, istehsal olunan məhsullar və ixrac imkanları ilə maraqlanıblar.
Nümayəndə heyəti Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər. Görüşdə yeni mərhələdə qarşılıqlı ticarət əlaqələrinin perspektivləri müzakirə edilib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir