23 noyabr 2026 10:17
67

Bakıda Azərbaycan-İtaliya biznes-forumu işə başlayıb

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, energetika, tikinti və daşınmaz əmlak, rəqəmsal texnologiyalar və süni intellekt, əczaçılıq, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida sənayesi, turizm, maliyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə fəaliyyət göstərən 250-dən çox şirkətin nümayəndəsi iştirak edir.

Forum çərçivəsində “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusuna həsr olunmuş plenar iclas, eləcə də Enerji, İnfrastruktur, Logistika və Tikinti, Qabaqcıl istehsal, süni intellekt və yeni texnologiyalar mövzularında 3 tematik sektor üzrə panel sessiyalarının keçirilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində Azərbaycan və İtaliyanın müvafiq qurumları və şirkətləri arasında 9 sənədin imzalanması və mübadiləsi planlaşdırılır.

Forum çərçivəsində daşınmaz əmlak və dizayn sahələrində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş “Italian Design Day” tədbiri, həmçinin B2B və B2G formatında görüşlər də keçiriləcək.