Növbəti dəfə Prezident seçilən Rəcəb Tayyib Ərdoğan hazırda qələbə çıxışı edir.
“İki sahil” xəbər verir ki, Türkiyənin 13-cü Prezidenti seçilən Ərdoğan Ankarada meydana toplaşan minlərlə seçicisinə təşəkkür edib.
“Millətimizin hər iradəsi kimi bu nəticənin də başımızın üstündə yeri var. Qalib yalnız biz deyilik. Qazanan Türkiyə, qazanan bizim demokratiyadır. Bu gün heç kim itirmədi, 85 milyonun hamısı qazandı. İndi milli məqsədlərimiz və milli arzularımız ətrafında birləşmək və inteqrasiya etmək vaxtıdır”,-deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti: Cənubi Qafqaz mövzusu Trampla müzakirələrin gündəliyinə daxil ola bilər
Zelenski: Prezident Trampla mövqeyimizi gücləndirə və sülhü yaxınlaşdıra biləcək bir neçə ideyanı müzakirə etdik