Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Litva Sənayeçilər Konfederasiyası (LPK) arasında Azərbaycan-Litva İşgüzar Şurasının yaradılması üzrə Saziş imzalanıb.
ASK-dan “İki sahil”ə verilən məlumata görə, sazişin imzalanması Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə keçirilən Litva – Azərbaycan biznes forumu çərçivəsində baş tutub.
Sənədə əsasən, İşgüzar Şura, hər iki ölkə, Azərbaycan və Litvadan olan tərəfdaş institutlar arasında biznes əlaqələrini təşviq etmək, əməkdaşlıq istiqamətləri və bu istiqamətdə qarşıya çıxacaq məsələləri konsolidasiya etmək hədəfi daşıyır. İşgüzar Şuranın üzvləri təşkilatların üzvlərindən formalaşacaq. Qurum Azərbaycan Respublikası və Litva Respublikası sahibkarları arasında ticari və iqtisadi əlaqələrin təşviqinə və genişləndirilməsinə qarşılıqlı yardım etmək və töhfə vermək üçün bütün istiqamətlərdə fəaliyyət göstərəcək.
Şuranın ilk iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.
Dövlət rəsmiləri ilə yanaşı, sənaye, maliyyə, tikinti, kənd təsərrüfatı, turizm, neft-kimya, əczaçılıq və İKT sahələrində fəaliyyət göstərən şirkət nümayəndələrinin də iştirak etdiyi forumda çıxış edən ASK-nın prezidenti Məmməd Musayev ölkəmizdə investisiya mühiti, sahibkarlığın inkişafı, eləcə də Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlıq imkanları barədə fikirlərlərini də bölüşüb.
Mikayıl Cabbarov: Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik
Mikayıl Cabbarov: Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər