15 may 2023 02:27
401

Bakıda maskalı şəxs qadına qarşı quldurluq edib

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Bolluq bazarı ərazisində maska tacmış naməlum şəxs 1992-ci il təvəllüdlü Novruzova Pərvanə Atabala qızına hücum edib. Naməlum şəxs qadına üzünə bir neçə yumruq vuraraq əlindəki çantasını götürərək ərazidən qaçıb. Qadın ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.