11 may 2023 22:36
944

“Heydər Əliyev zirvəsi”nə yürüş

Hər il Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində “Şahdağ” Milli Parkının ərazisində 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kütləvi yürüşlərin təşkil olunması  xoş ənənəyə çevrilmişdir. Bu il də mayın 7-10-da Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev zirvəsi”nə yürüş keçirilmişdir. 

SOCAR  “DOWNSTREAM MANAGEMENT” MMC-nin əməkdaşları Rəşad Hüseyn, Aleksey Seytlin və Elnur Rəhimov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş alpinistlərin beynəlxalq yürüşündə iştirak ediblər.

Sərt relyefli, qarlı- buzlu, sıldırımlı dağlıq ərazilər və əlverişsiz hava şəraiti olmasına baxmayaraq, yürüşə qatılan komanda heyəti üzərinə düşən çətin və məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gəlib. Onlar Ulu Öndərin barelyefi önünə xatirə lövhəsi asaraq, burada “DOWNSTREAM MANAGEMENT” MMC-nin korporativ  bayrağını  qürurla dalğalandırıblar.

Ş.Həşimov