SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev mayın 8-də ənənəvi vətəndaş qəbulunu Xızı rayonunda keçirib. Qəbulda Xızı, Siyəzən və Xaçmaz rayon sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri müraciətləri dinlənilib.
Baş direktor onlarca vətəndaşı qəbul edərək onların qaz təsərrüfatı ilə bağlı problem və təkliflərini, eyni zamanda, iradlarını dinləyib. Qəbul zamanı Ruslan Əliyev həlli mümkün olan məsələlərin icrasına dair dərhal göstərişlər verib. Həmçinin araşdırılması lazım olan vətəndaş müraciətləri isə şəxsən nəzarətə götürülüb.
Bu, bir reallıqdır ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişləri əsasında dövlət qurumlarının rəhbərlərinin bu kimi vətəndaş qəbullarının davamlı şəkildə keçirmələri ölkə vətəndaşlarının rifah halını yüksəltməyə, onların daha rahat yaşamalarına ciddi şəkildə yardım edir.
Elçin Zaman, "İki sahil"
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb