Energetika naziri Pərviz Şahbazov mayın 26-da Lerik, Lənkəran, Astara, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
“İki sahil” xəbər verir ki, qəbul saat 11:00-dan etibarən Lerik rayon Heydər Əliyev Mərkəzində (ünvan: Lerik şəhəri, H.Əliyev meydanı 2) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonu: (050) 668-61-24, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.
Kaspersky “Google” xidməti üzərindən göndərilən saxta kompensasiya bildirişlərini aşkarlayıb
Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir