Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Yuxarı Nemətabad ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Xalqa həsr olunmuş ömür” mövzusunda görüş keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-rolik nümayiş olunub.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Yuxarı Nemətabad ərazi partiya təşkilatın sədri Müşfiq Abdurrahmanov ulu öndərin Azərbaycan üçün gördüyü işlərdən bəhs edib, dahi şəxsiyyətin xilaskarlıq missiyasından danışıb.
Partiya fəallarından Zöhrə Yusibova, Bayram Mustafayev və Şahid Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu, ölkədə hər bir sahədə misilsiz xidmətlərinin olduğunu qeyd ediblər.
Görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin həm sovetlər, həm də müstəqillik illərində Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb.