03 may 2023 18:03
602

“Azərbaycan  tarixinin Heydər Əliyev zirvəsi” mövzusunda  seminar keçirilib - FOTO

Mayın 3-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında "Heydər Əliyev ili" çərçivəsində “Azərbaycan  tarixinin Heydər Əliyev zirvəsi” mövzusunda  partiya veteranları və gənclərin iştirakı ilə “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin növbəti seminarı keçirilmişdir.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışaraq qeyd etdi ki, Tarix Ulu Öndərimiz Heydər Əliyev kimi insanları yüz ildən bəlkə də min ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edildi,millətimizin dünya millətləri içərisində səsi eşidilməyə başladı. Müstəqil dövlətimizin təşəkkür tapmasında şübhəsiz ki ən böyük xidmət Ümummilli Liderimiz dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdu. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bu günkü azad və suveren respublikamız Ulu Öndərimizin ən böyük əsəridir. O, müstəqil respublikamızın qurcusu və memarıdır. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

Seyfəddin Əliyev bildirdi ki, Ötən illərə nəzər salarkən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Azərbaycanda intibah və milli şüarın oyanışı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Seminarda iştirak edən Partiya veteranı Vaqif Şükürov, Dəfinə liseyinin müəllimi Mürvət Abasov, Banbaşı kənd tam orta məktəbinin müəllimi Mənsumə İsayeva və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.