SOCAR «Azəriqaz» İstehsalat Birliyinin rəhbər şəxsləri və əmək fəaliyyətində seçilən qurumun 10 gənc mütəxəssisi dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinə ekskursiya edib.
Qurumdan "İki sahil"ə verilən xəbərə görə, ekskursiya «Heydər Əliyev İli» çərçivəsində SOCAR «Azəriqaz» İstehsalat Birliyi üzrə tədbirlər planına əsasən təşkil olunub.
Ekskursiya zamanı bələdçilər tərəfindən gənc mütəxəssislərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumat verərək Mərkəzin fəaliyyət istiqamətlərini diqqətə çatdırılıblar. Sonda Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərə baxış keçirilib.
E. Zaman, "İki sahil"
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb