27 aprel 2023 13:51
530

Ağdaşda “Heydər Əliyev və müasir Azərbaycan dili”  mövzusunda tədbir keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Orta Ləki kənd ərazi partiya təşkilatı və Orta Ləki kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və müasir Azərbaycan dili”  mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidllərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Orta Ləki kənd ərazi partiya təşkilatın sədr müavini Akif Həmidov 2023-cü ilin  Prezident İlham Əliyevin Sərəncamına əsasən “Heydər Əliyev İli” elan edildiyini diqqətə çatdıraraq ulu öndərin Azərbaycan üçün gördüyü işlərdən bəhs edib, dahi şəxsiyyətin Azərbaycan dilinə olan xüsusi diqqət və qayğısından danışıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması haqqında danışaraq bunun xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu vurğulayıb. Müstəqillik illərində də Azərbaycan dilinə yüksək diqqət və qayğının olduğu, dövlət dili sahəsində yaşanan problemlərin həlli, eləcə də yeni inkişaf dönəmi üçün bu sahədə kamil qanunvericilik bazasının yaradıldığı qeyd edilib.

Tədbir işrirakçılarından Abdulla Abdullayev və Əflatun Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu və ana dilimizin qorunub saxlanması, həmçinin inkişafı naminə böyük işlər gördüyünü qeyd ediblər. O da qeyd edilib ki, ulu öndərin ana dili ili ilə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə təmin olunur və bu gün də  Azərbaycan dilinə yüksək diqqət və qayğı göstərilir.