“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə Dəyişiklik Haqqında Protokol paraflanıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.
Onun sözlərinə görə, paraflanma Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüş çərçivəsində baş tutub.
"Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək", - deyə azərbaycanlı nazir qeyd edib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb