Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Güvəkənd kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Böyük azərbaycanlı” mövzusunda görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidllərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Güvəkənd kənd ərazi partiya təşkilatın sədri Nizami Nuhov ulu öndərin həyat və fəaliyyəti haqqında danışıb, xalqımızın öz xilaskarını heç zaman unutmayacağını bildirib.
Görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil dövlətimiz naminə misilsiz işlər gördüyünü və ömrünü Azərbaycan xalqına xidmətə həsr etdiyini vurğulayıb.
Partiya fəallarından Sucəddin Əhmədov, Elman Qarayev və Sadiq Muradov çıxışlarında Yeni Azərbaycan Partiyasının banisi, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizi və xalqımızı böyük bəlalardan xilas etdiyini və bu günkü güclü Azərbaycan dövlətinin təməlində Ulu Öndərin həyata keçirdiyi düşünülmüş siyasətin dayandığını qeyd ediblər. Partiya fəalları bildiriblər ki, ölkəmizin gələcək inkişafı naminə hər zaman Prezident İlham Əliyevin ətrafında birləşəcək və öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklər.