Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxı rayonunda Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunu yenidən qurur.
“İki sahil” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, 3 yaşayış məntəqəsini birləşdirən yolda hazırda torpaq, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunur. Daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Sonuncu mərhələdə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Moskva və Bakı arasında enerji tərəfdaşlığı bərpaolunan enerji mənbələri sahəsində genişlənə bilər – rusiyalı ekspert
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir