21 mart 2023 00:09
560

Zalsburq şəhərində Novruz bayramı qeyd olunub

Avstriyanın Zalsburq şəhərində yerləşən Azərbaycan Evində Novruz bayramı münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkil etdiyi tədbirdə xalqımızın bu günə qədər yaşatdığı Novruz bayramının tarixi və əhəmiyyəti barədə danışılıberilib, bu bayramın insanların qəlbində əmin-amanlığa, ruzi-bərəkətə və firavan gələcəyə, bolluğa ümidini əks etdirdiyi qeyd edilib. Tədbirdə təşkilatın üzvləri çıxış edərək, soydaşlarımızın qarşıdan gələn günlərinin uğurlu keçməsini arzulayıblar.

Sonra qonaqlar Novruz təamlarından dadıblar.