Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevü nazirliyə çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat verib.
Rusiyanın Tokiodakı səfirliyindən TASS-a bildirilib ki, bu mövzu ilə bağlı rəsmi şərh daha sonra yayılacaq.
Buna qədər Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi bəyanat yayaraq Rusiya tərəfinə "qəti etirazını" bildirib. O vurğulayıb ki, Tokionun Kuril adalarının cənub hissəsinə verdiyi adla bütün "şimal əraziləri", o cümlədən İturup adası "tarixi və hüquqi baxımdan Yaponiyanın əzəli ərazisidir". Analoji mövqeni Baş nazir Sanae Takaiçi də səsləndirib. O, Putinin İturupa səfərinin Yaponiya ilə RF arasında münasibətlərin normallaşmasını çətinləşdirdiyini bildirib.
Avqustun 13-də Putin ilk dəfə Kuril adalarına səfər edib. Buna qədər Rusiya dövlətinin və hökumətinin rəhbərləri Kuril adalarına ümumilikdə beş dəfə səfər etmişdilər. Dörd səfəri Dmitri Medvedev həyata keçirib: 2010-cu ildə Rusiya Prezidenti kimi, 2012, 2015 və 2019-cu illərdə isə Rusiya Hökumətinin sədri sıfatında. Putinin Kurilə səfəri mövzusu Yaponiyanın sosial şəbəkələrində anındaca ən çox müzakirə olunan mövzuya çevrilib, habelə yerli kütləvi informasiya vasitələrinin baş xəbəri olub.
Paşinyan dəmir yolu konsessiyasının hissə-hissə satılması imkanını istisna etməyib
Moldova fermerləri Ukrayna taxılının tranzitinə tətbiq edilən güzəştə etiraz ediblər