08 mart 2023 23:18
269

Tbilisidə etiraz aksiyasının keçirildiyi əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib FOTO

Tbilisidə etiraz aksiyasının keçirildiyi parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

“İki sahil” xəbər verir ki, polis su şırnağından və gözyaşardıcı qazdan istifadə edərək etirazçıları dağıtmağa çalışır.

Ərazidə gərgin vəziyyət hökm sürür.

Parlamentin girişlərindən birinə quraşdırılmış dəmir hasarları sökən aksiyaçılar polisə daş və yumurta atıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi siyasətçiləri və etirazçları söz azadlığı və sərbəst toplaşmaq hüququna əməl etməyə çağırıb.